"BORGO EGNAZIA" – İtaliyanın tanımadığınız üzü

Apuliyada yerləşən heyrət doğuran "kənd üslubunda" inşa edilmiş otel.

Darvazası, saat qülləsi və meydanı olan, əhəngdaşından tikilmiş kənd kimi dizayn edilmiş bu dəbdəbəli otel özündə müasir lüks rahatlıqları, heyranedici istirahət-sağlamlaşdırma kompleksini və italyan ruhunu birləşdirir. "San Domenico Golf" klubunun yanında meşəlik ərazidə yerləşən otel Adriatik dənizinin sahilinə – Savelletri di Fasanoya qədər uzanır. O, maşınla Brindizi Beynəlxalq Hava Limanından 35 dəqiqəlik, Bari Hava Limanından 50 dəqiqəlik məsafədə yerləşir. Bu yer İtaliya "çəkməsinin" dabanında yerləşən, tarixi şəhərləri və ümumdünya irsi obyektləri ilə tanınan Apuliyanı qarış-qarış gəzməyə başlamaq üçün idealdır.

Səbəblər

Buranı nə üçün xoşlayırıq

  • Yüngül dəbdəbə, ailəvi istirahət üçün ideal yer
  • Ənənəvi və müasir üslubların mükəmməl vəhdəti
  • Mükafatlara layiq görülmüş, gözlərinizlə görməsəniz, varlığına inana bilməyəcəyiniz SPA
  • Dəniz sahili və kənd atmosferinin ən yaxşı xüsusiyyətlərini özündə birləşdirən məkan
  • Fasano vağzalına maşınla cəmi beş dəqiqəlik məsafə
  • Hər zövqə uyğun görməli yerləri olan gözəl məkan

Səyahət üçün ən məsləhətli vaxt

Yanvar

February

March

April

May

June

July

August

September

October

November

December

Hazırki temperatur

31 C

Otel xidmətləri

  • Möhtəşəm SPA-mərkəz, türk və Roma hamamı
  • Biri qapalı olmaqla, dörd hovuz
  • Biri qayalıq, biri qumlu ərazidə yerləşən iki qapalı çimərlik
  • Su idman növləri mərkəzi, uşaqlar üçün klub, yeniyetmələr üçün aktiv istirahət imkanları
  • Yaxınlıqda qolf meydanı
  • Heyvanların olduğu ferma, velosiped gəzintisi, kulinariya dərsləri

Nömrələrin rahatlığı

  • Oteldə böyükdən (33 kv.m) nəhəngə (125 kv.m) qədər müxtəlif nömrələrin seçimi var
  • Sahəsi 250 kvadrat metrdən çox olan villaların hovuzu var
  • Bəziləri dənizə açılan ayrıca balkonlar
  • "King-size" ölçülü iki nəfərlik çarpayılar
  • Qonaqların qarşılanması üçün divan və daş masa
  • İkili çanaq, duş kabinəsi və vanna
  • Vanna otağındakı dinamiklər audio sistemi ilə bağlantıya malikdir
  • Peyk televiziyası, kabel interneti və Wi-Fi
  • Seyf və mini-bar

Bizimlə əlaqə saxlayın

Sualınız varmı? Bizimlə əlaqə saxlayın.

Azərbaycan, Bakı, Port Baku 151, AZ1010
+994 12 404 10 90
+994 12 404 10 91