Egey dənizinə açılan mənzərəsi ilə insanı heyrətə gətirən möhtəşəm kurort.

Mandarin Oriental, Bodrum, Türkiyə

İki qapalı çimərlik, ləziz yeməkləri olan restoranlar, geniş SPA və asudə vaxtı keçirmək üçün əla imkanlar – özünüzü buranın mükəmməl xidmətinə buraxın və xoş istirahətdən həzz alın. Bodrumun şimalında “Cennet köyü” deyilən mənzərəli buxtada yerləşən otel müştərilərinə stil, sakitlik və beşulduzlu komfortun cəlbedici vəhdətini təklif edir. Otelin dizaynında türk elementləri ilə şərq memarlığından ilham almış cizgilər bir araya gəlir. Otelin 59 nömrəsinin sahəsi 72 kvadrat metrdən başlayır. Əlavə olaraq, oteldə 26 böyük apartament, 37 terrası və ya balkonu olan apartament, yeddi kottec və krallara layiq dəbdəbə ilə döşənmiş iki lüks villa var. Burada xəyallar gerçəkliyə çevrilir.

Buranı nə üçün xoşlayırıq

  • Buxtaya açılan mənzərəsi olan gözəl yer
  • 2 qapalı qumlu çimərliyə çıxış
  • Mükəmməl SPA, üzgüçülük və idman obyektləri
  • Bodrum Beynəlxalq Hava Limanınadək maşınla 45 dəqiqəlik məsafə
  • Zövq oxşayan dizayn
  • Caz-bar, canlı musiqi

Səyahət üçün ən məsləhətli vaxt

January

February

March

April

May

June

July

August

September

October

November

December

Hazırki temperatur

17 C

Otel xidmətləri

  • 2700 kvadrat metrlik SPA kompleksi, o cümlədən VIP-lüks
  • Kompleks terapiya və sağlamlaşdırma proqramları
  • Müasir fitnes mərkəzi
  • Yoqa, pilates və fərdi məşqçilər
  • Fərdi kisə otaqları olan lüks hamamlar
  • Biri qapalı olmaqla, beş hovuz
  • Buxta boyunca qaçış üçün yol
  • İtalyan, türk və yapon mətbəxinin yeməkləri
  • Hovuzun yanında və çimərlikdə içki və qəlyanaltı barı
  • Qənnadı mağazası
  • Caz-bar və müasir kokteyl-bar
  • Lüks mağazalar
  • Balıqçılıq, akvalanqla sualtı üzgüçülük, tennis və sənətkarlıq dərsləri
  • Vertolyot turları
  • Türklərin ənənəvi yelkənli gəmisində – quletdə dənizə açılmaq

Nömrələrin rahatlığı

  • "Ploh" brendinin lüks hipoallergen pərqu yataq ləvazimatları
  • İri iş masası
  • Nespresso qəhvə-maşını
  • Əlavə qonaq üçün rahat divan-çarpayı
  • Ayrıca vanna və duş kabinəsi
  • "Shanghai Tang" brendinin lüks tualet ləvazimatları
  • İkili çanaq
  • "Bang & Olufsen" televizorları və audio sistemi
  • Yüksək sürətli internet bağlantısı, Wi-Fi və simli internet

Bizimlə əlaqə saxlayın

Sualınız varmı? Bizimlə əlaqə saxlayın.

Azərbaycan, Bakı, Port Baku 151, AZ1010
+994 12 404 10 90
+994 12 404 10 91