Avropanın bu əfsanəvi dəbdəbəyə malik lüks qatarı 1920-ci illərin pafoslu görünüşünü saxlasa da, XXI əsrin komfort standartlarına cavab verir.

Şərq ekspressində İstanbuldan Venesiyaya

Heç bir başqa qatarda səyahət Şərq ekspressində olduğu qədər əsrarəngiz cazibəyə malik deyil. Bura səyahətin ilk anlarından insana dəbdəbəli həyatın dadına baxmaq imkanı verir. Qatarın 1883-cü ildə ilk dəfə yola çıxdığı andan sonra onun adında hələ də yaşayan tarixi səyahət dəfələrlə dəyişsə də, həmin sehri hələ də hiss etmək mümkündür. Altı günlük eksklüziv macəra İstanbuldan başlayır, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyadan keçərək İtaliyanın kanallar və karnavallar şəhəri gözəl Venesiyada sona çatır. Qatar Sinayanın və Budapeştin möhtəşəm görməli yerlərinin seyrinə çıxmanız üçün kifayət qədər uzun dayanacaqlar edir, lakin buranın rahat kupeləri və ləziz mətbəxi ürəyinizi elə fəth edəcək ki, qatardan düşməyi heç istəməyəcəksiniz.

Buranı nə üçün xoşlayırıq

  • Şərq ekspresi qədər tanınmış və komfortlu başqa bir qatar yoxdur
  • Mükəmməl səviyyəli xidmət
  • Səyahətin İstanbuldan başlaması
  • Səyahət zamanı süfrəyə verilən ləziz yeməklər
  • Bar-vaqonunda piano musiqisi

Marşrut boyunca təsadüf edilən görməli yerlər

  • Buxarestlə tanışlıq turu
  • Sinayada rumın krallarının qədim sarayı
  • Gözəl Budapeştdə Dunay çayında kruiz
  • Macarıstanda Balaton gölünün sahilində kokteyl qonaqlığı

Qatarın xüsusiyyətləri

  • Xüsusi stüart xidməti
  • 1920-ci illərin üslubunda palıd panellərlə dekor
  • Sərnişin vaqonlarında klassik fərdi vanna otaqları
  • Lüks apartament-kupelər
  • Sərnişinlərin Şampan şərabı ilə qarşılanması
  • Dörd yeməkdən ibarət təmtəraqlı nahar yeməyi
  • Üç yeməkdən ibarət lanç

Свяжитесь
с нами

У вас есть вопрос? Свяжитесь с нами

Azərbaycan, Bakı, Port Baku 151, AZ1010
+994 12 404 10 90
+994 12 404 10 91